EN

Ağstafa sakinini "tok" vurub öldürdü

Ağstafa sakinini elektrik cərəyanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düzqışlaq kəndində baş verib. Kənd sakini - 1987-ci il təvəllüdlü V.Zeynalov yaşadığı evdə elektrik avadanlığını təmir edən zaman onu "tok" vurub. 38 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.38 yaşlı kişinin meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
29
5
unikal.az

10Sources