EN

Goranboyda "06" dirəyə çırpılıb, xəsarət alan var

Goranboyda sürücü idarə etdiyi avtomobili rabitə dirəyinə çırpıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.

Sürücü idarə etdiyi "VAZ 2106" markalı avtomobilin idaretməsini itirib və maşın rabitə dirəyinə çırpılıb.

İlkin məlumata görə, qəza zamanı sürücü müxtəlif xəsarətlərlə yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Chosen
18
3
avtosfer.az

4Sources