EN

Bu tətbiq vəfat etmiş insanlarla söhbət etməyə imkan verir

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-də yaradılan "2wai" adlı tətbiqin köməyi ilə vəfat etmiş qohumlarla "söhbət etmək" mümkün olacaq.

"Ölkə.az" xəbər verir ki, xidmət süni intellekt əsasında işləyir. İstifadəçilər bu texnologiya vasitəsilə həqiqi və ya uydurma şəxsiyyətin rəqəmsal avatarını yarada bilərlər. Daha sonra bu avatar real vaxt rejimində söhbət edilə bilən bir çat-bota çevrilir.

Tətbiqin reklamında hamilə qadının vəfat etmiş anasının rəqəmsal surəti ilə "söhbət etdiyi" süjet nümayiş etdirilib. Daha sonra onun uşağı da "nənəsi" ilə söhbət etməyə başlayıb.(oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
3
olke.az

4Sources