Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub.
Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən bildirib.
O qeyd edib ki, "Mərkəzi Asiya+Azərbaycan" formatı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpü quracaq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacaq./Report