EN

İslam Maxaçevdən möhtəşəm qələbə - Yeni çəkidə çempion oldu

UFC 322-nin əsas döyüşü yarımorta çəki dərəcəsində baş tutub və oktagona çıxan İslam Maxaçev məşhur avstraliyalı döyüşçü Cek Della Maddalenaya qarşı dominant çıxışı ilə yadda qalıb.

BAKU.WS xəbər verir ki, gərgin keçən qarşılaşmada Maxaçev yüksək səviyyəli parter bacarıqlarını nümayiş etdirərək tam üstünlük sərgiləyib.

Hakimlərin yekdil qərarı ilə rusiyalı döyüşçü qalib elan edilib. Bu qələbə ilə İslam Maxaçev öz rekordunu 28–1–0-a yüksəldib və UFC tarixində daha bir parlaq səhifə açıb.

Chosen
19
1
far.az

2Sources