EN

Deputat: “Azərbaycan – Özbəkistan münasibətləri nümunəvi tərəfdaşlıq modelidir”

“Cənab Prezident İlham Əliyevin noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dair səsləndirdiyi fikirlər Azərbaycanın bölgədəki rolunu və qardaş ölkələrlə formalaşan strateji əməkdaşlığın mahiyyətini aydın ifadə edir”.

Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələrin intensivliyi təkcə diplomatik zərurətdən irəli gəlmir, həm də ümumi tarix, mədəniyyət, dini-mənəvi bağlar kimi dərin köklərə söykənir. “Əlbəttə ki, Azərbaycan üçün bu platformada ardıcıl iştirak həm regional həmrəyliyin nümayişidir, həm də Xəzər hövzəsi boyunca yaranan yeni geosiyasi düzənə uyğunlaşmanın ifadəsidir. Xəzər dənizi bu gün təkcə coğrafi xəritədə su hövzəsi deyil, bütöv bir məkanın strateji birləşdirici damarına çevrilib. Bu dəniz üzərindən qurulan siyasi, iqtisadi və nəqliyyat əlaqələri regionun bütövlüyünü və gələcək inkişafını müəyyən edən əsas elementlərdəndir. Son üç ildə Mərkəzi Asiya dövlət rəhbərlərinin Azərbaycana təxminən 30 səfər etməsi, eyni zamanda, cənab Prezident İlham Əliyevin bu ölkələrə 13 dəfə səfərinin reallaşması diplomatik fəallığın miqyasını göstərməklə yanaşı, qarşılıqlı etimadın sabitliyini də ortaya qoyur. Dövlət başçısının Orta Dəhlizin geostrateji əhəmiyyətinə xüsusi diqqət yönəltməsi isə Azərbaycanın təkcə nəqliyyat qovşağı olmadığını, həm də Avrasiya logistik sisteminin vacib qərarverici aktoruna çevrildiyini göstərir. Daşkənddə keçiriləcək 7-ci Məşvərət görüşündən gözləntilər isə ölkəmizin Mərkəzi Asiya ilə əməkdaşlığının daha sistemli və uzunmüddətli inkişaf mərhələsinə keçdiyini təsdiqləyir.”

Chosen
9
10
publika.az

10Sources