EN

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” keçirilir.

Moderator.az xəbər verir ki, tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və sənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etməkdir.

Qlobal Gənclər Sammitinin açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava çıxış ediblər.

Çıxışlarda gənclərin İKT sahəsində fəal iştirakının, eləcə də kosmik sənayenin, texnologiyanın qlobal inkişaf məqsədlərinin inkişafında rolunun vacibliyi vurğulanıb.

Açılış mərasimindən sonra “Nəsillərarası dialoq” sessiyası keçirilib. Sessiyada BTİ-nin altı regional nümayəndəliyindən və Azərbaycandan olan gənclər fikir mübadiləsi aparırlar.

 

Chosen
11
9
moderator.az

10Sources