EN

«Akkord»un xaricdə yaşayan keçmiş sahibinə cinayət işi açılıb - BAŞ PROKURORLUĞA ÇAĞIRILIB

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.

FED.az xəbər verir ki, bu barədə İTV-də rəsmi bildiriş yayımlanıb.

Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Azərbaycanda biznes üçün ən gəlirli sahələr açıqlandı – SİYAHI, RƏQƏMLƏR

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

İş adamları birliyi vergi güzəştləri ilə bağlı - TƏKLİFLƏR AÇIQLADI

İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Şərurlu İsfəndiyarla bağlı məhkəmədə ekspert rəyini açıqlayıb - "75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiz"

Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək “SDI Group” MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

Evi girovda olanların nəzərinə: Borc qaytarılmasa, ev məhkəməsiz alınacaq – QANUNDA YENİLİK

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Xatırladaq ki, hazırda xaricdə yaşayan İlqar Hacıyev mütəmadi olaraq sosial şəbəkələrdə çıxışlar edir, və vaxtilə Azərbayanda həyata keçirdiyi biznesi və həmin dövrdə baş verən proseslərlə bağlı məlumatlar açıqlayır.

Chosen
19
40
fed.az

10Sources