Belçika son həftələrdə Ukraynaya qarşı həyata keçirilən kütləvi Rusiya hücumlarını sərt və aydın şəkildə pisləyir.
Â
"Report" xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo "X" sosial media hesabında yazıb.
Â
XİN rəhbəri vurğulayıb ki, zərbələr qəsdən mülki əhaliyə, yaşayış məhəllələrinə, xəstəxanalara, enerji infrastrukturuna və həyati obyektlərə endirilib. Onun sözlərinə görə, hücumlar dinc sakinlərin, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olub, icmaları "qorxu və qaranlığa" qərq edib.
Â
Nazir bu hərəkətləri müharibə cinayətləri və Ukrayna xalqının mənəvi ruhunu sarsıtmağa yönəlmiş sistematik strategiyanın bir hissəsi adlandırıb. O qeyd edib ki, hücumların qəddarlığına baxmayaraq, ukraynalılar cəsarət və dözümlülük nümayiş etdirirlər.
Â
Maksim Prevo həmçinin Kiyevdəki Azərbaycan səfirliyinə endirilən zərbədən narahatlığını ifadə edib. O vurğulayıb ki, diplomatik missiyaya hücum qəbuledilməzdir və beynəlxalq sistemin prinsiplərinə ziddir. Onun sözlərinə görə, Belçika Azərbaycanın və səfirlik əməkdaşlarının yanındadır.
Â
Sonda nazir bildirib ki, Belçika Avropa və beynəlxalq tərəfdaşlarla birlikdə Ukraynaya dəstəyini davam etdirəcək və müharibə bitənədək Rusiyaya təzyiqi artıracaq.