EN

İlham Əliyev: Özbəkistan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir

Özbəkistan prezident Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında inkişaf və quruculuq yolunda inamla irəliləyir."Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib. İlham Əliyev Şavkat Mirziyoyevi məsləhətləşmə görüşündə iştirak etmək üçün dəvətə və ənənəvi qonaqpərvərliyə görə təşəkkür edib."Qardaşım Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Böyük beynəlxalq nüfuz, səmərəli iqtisadi islahatlar, sənaye, nəqliyyat, kənd təsərrüfatı sahəsində böyükmiqyaslı layihələr Özbəkistanı regionda lider mövqelərə çıxarıb", - deyə İlham Əliyev bildirib.Azərbaycan Prezidenti həmçinin vurğulayıb ki, Özbəkistan, dövlət başçısının gündəlik qayğısı sayəsində, dünyanın aparıcı idman dövlətləri arasında yer alır və son Yay Olimpiya Oyunlarının nəticələri də bunu sübut edir:

"Mirziyoyev təkcə müdrik dövlət xadimi deyil, həm də Özbək-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfə vermiş bir şəxsdir. Azərbaycanda onu konkret işlərinə, xalqımıza qarşı xoş münasibətinə görə sevirlər və hörmət edirlər".

Chosen
19
8
metbuat.az

10Sources