EN

Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması münasibəti ilə təbrik edirəm”, - deyə Türkmənistan Prezidenti vurğulıayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
8
apa.az

9Sources