EN

İlham Əliyev: Azərbaycan və Mərkəzi Asiya Şərq və Qərb, Şimal və Cənub arasında birləşdirici həlqədir

Azərbaycan və Mərkəzi Asiya Şərq və Qərb, Şimal və Cənub arasında birləşdirici həlqədir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı Orta Dəhlizin inkişafının Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb:

"Nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yük daşımalarının həcminin artırılması, iqtisadi dayanıqlığın gücləndirilməsi və beynəlxalq bazarlarda qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən yük daşımaları 90% artıb. Dəhliz boyunca səyahət vaxtı əhəmiyyətli dərəcədə azalıb".
 
 

Chosen
18
5
7news.az

6Sources