EN

İtaliya millisinin və "Milan"ın sabiq üzvü karyerasını bitirdi

İtaliya millisinin sabiq müdafiəçisi Mattia Kaldara peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı oyunçu qərarının səbəbini belə açıqlayıb:

"Dizimdən zədə alandan sonra bütün həyatım mənfiyə doğru dəyişdi. Karyeramın zirvəsində idim və bir neçə saniyə ərzində hər şey bitdi. Mən atıq özüm deyildim. Başımı qaldırıb küçədə gəzə bilmirdim. Kədər, məyusluq, depressiya… Artıq hər şeyi unutmaq, özümü bərpa etmək üçün karyeramı başa vurmaq qərarına gəldim".

Qeyd edək ki, "Milan" və "Yuventus"un da formasını geyinmiş Kaldaranın son klubu “Modena” olub.

Chosen
59
2
fanat.az

3Sources