EN

Belçikadan Azərbaycana dəstək bəyanatı

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belçika Rusiyanın hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin vurulmasını pisləyib.

 Gununsesi.info-nun  xəbərinəgörə, bu barədə Belçikanın Baş nazirinin müavini və Xarici İşlər, Avropa İşləri və İnkişaf üzrə Əməkdaşlıq Naziri Maxime Prevod bəyanat yayıb.

Bəyanatda deyilir:

“Belçika son həftələrdə Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı Rusiya hücumlarını mümkün olan ən sərt və aydın şəkildə qınayır. Bu bombardmanlar məqsədli şəkildə mülki şəxsləri, yaşayış məhəllələrini, xəstəxanaları, enerji infrastrukturunu və həyati əhəmiyyətli xidmət sahələrini hədəfə alıb. Edilən hücümlar uşaqlar da daxil olmaqla günahsız insanları öldürüb və yaralayıb, bütöv icmaları isə qorxu və qaranlıq içində buraxıb.

Bunu tam aydın şəkildə deməliyik: bunlar hərbi cinayətlərdir. Bu hücumlar Ukrayna xalqının əzmini sındırmaq məqsədi daşıyan sistemli strategiyanın tərkib hissəsidir. Lakin bu qəddarlığa baxmayaraq, ukraynalılar qeyri-adi cəsarətlə birlikdə olmağa davam edirlər. Onların terror qarşısında göstərdikləri dözüm və iradə ən dərin hörmət və həmrəyliyimizə layiqdir.

Biz, həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinə endirilmiş zərbədən dərindən narahatıq. Diplomatik missiyanı hədəf almaq nəinki yolverilməzdir, bu həm də beynəlxalq sistemi bir arada saxlayan prinsiplərə birbaşa hücumdur. Belçika Azərbaycan və onun bu zorakılığa məruz qalan bütün diplomatik heyətli ilə tam həmrəy olduğunu ifadə edir.

Ukrayna xalqına səslənirik: siz tək deyilsiniz! Biz sizin yanınızdayıq. Avropa və beynəlxalq tərəfdaşlarımızla birlikdə bu qanunsuz və qeyri-əxlaqi müharibə bitənə qədər dəstəyimizi davam etdirəcək və Rusiyaya təzyiqləri artıracağıq”.

Günay

GUNUNSESI.INFO

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
5
icma.az

7Sources