EN

Dubayda dünyanın ən hündür oteli açıldı

Rəsmi olaraq dünyanın ən hündür oteli kimi tanınan “Ciel Dubai Marina” otelinin açılışı olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "National" nəşri məlumat yayıb.

“İlk qonaqlar dünyanın ən hündür oteli olan “Ciel Dubai Marina”ya daxil olublar. Otelin hündürlüyü 377 metrdir. Bu da Dubaydakı 356 metr hündürlüyə malik “Gevora” otelini geridə qoyur”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünyanın ən hündür 10 otelindən 8-i Dubayda yerləşir.

Chosen
18
4
olke.az

5Sources