EN

Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya platforması çərçivəsində Zəngəzur dəhlizi əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir

ain.az bildirir, Baku.ws portalına istinadən.

"Zəngəzur dəhlizi bu gün qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O, qardaş Özbəkistana Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olması ilə bağlı qərarın qəbul edilməsinə görə dərin təşəkkür etdiyini bildirib:

"Azərbaycanda Özbəkistanı çox sevirlər. Biz ortaq mədəniyyətimiz, dəyərlərimizlə qürur duyuruq. Hesab edirik ki, bundan sonra Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu daha da dərinləşəcək. Burada iki ölkənin lideri bizim üçün gözəl nümunə göstərir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
12
baku.ws

10Sources