EN

Tramp NBC telekanalından aparıcını işdən çıxarmağı tələb edib

ABŞ Prezidenti Donald Tramp NBC telekanalını aparıcısı Set Mayersı işdən çıxarmağa çağırıb.

Moderator.az bildirir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.

"NBC-dən Set Mayers sağalmaz Tramp dəliliyi sindromundan əziyyət çəkir. Dünən gecə onu nəzarətsiz qəzəb içində görüblər, yəqin ki, bunun səbəbi onun "şou"sunun reytinqlərə görə fəlakət olmasıdır", - deyə Tramp yazıb.

Qeyd edək ki, son efirlərin birində Mayers Cefri Epşteynin elektron məktublarının dərc edilməsinə prezidentin "dəli kimi" reaksiyasını lağa qoymuşdu.

Mayers 2014-cü ildən bəri satirik gecə şousu olan "Late Night with Seth Meyers" proqramına aparıcılıq edir. 13 noyabr tarixli efirdə o, Epşteyn işi ilə bağlı yeni detallar barədə danışaraq belə deyib:

"Mən detektiv deyiləm, amma suallardan biri belə səslənirdi: "Tramp qızlar barədə bilirdimi?" Və sonra Epşteyndən bir elektron poçt tapırsınız ki, orada deyilir: "Tramp qızlar barədə bilirdi". Bu, olduqca ifşaedici səslənir".

Chosen
42
1
moderator.az

2Sources