“Mançester Yunayted”in və Fransa millisinin sabiq futbolçusu Erik Kantona qeyri-adi aktyorluq təcrübəsi ilə bağlı xatirələrini bölüşüb.
Publika.az xəbər verir ki, “The Telegraph” Kantonanın sözlərini sitat gətirib:
“Mən aktyor kimi bir dəfə Xorvatiyada filmdə rol aldım. Ssenarini fransızca oxudum, amma baş rolda olduğum üçün xorvat dilini qulaqdan öyrənməli oldum. Hər gün vanna otağında, təyyarədə öz-özümlə danışmağım üç-dörd ay çəkdi.