EN

Zelenski: “Ukrayna Azərbaycandan qaz alır-uzunmüddətli müqavilələr gözləyirik”

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin qarşıdakı qış dövrü üçün enerji təhlükəsizliyi istiqamətində atdığı addımları açıqlayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı bildirib ki, Kiyev Azərbaycandan təbii qazın alınması üçün aktiv danışıqlar aparır. Onun sözlərinə görə, bu işlər Polşa tərəfdaşlarının vasitəçiliyi ilə həyata keçirilir.

“Biz qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə də polşalı tərəfdaşlarımız vasitəsilə Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, — Zelenski sosial şəbəkədə qeyd edib.

Musavat.com

Chosen
56
musavat.com

1Sources