EN

Göldən çantaya qoyulmuş uşaq başı tapıldı

Rusiyada dəhşətli cinayət hadisəsi baş verib.

Publika.az SHOT Teleqram kanalına istinadla xəbər verir ki, Moskvanın şərqindəki Qolyanovski süni gölündə insan qalıqları tapılıb. Moskva Prokurorluğunun mətbuat xidmətindən Teleqram kanalına verilən məlumatda deyilir ki, insan qalığı uşaq başı olub. Baş çantada gizlədilib. İlkin məlumata görə, ölən məktəblinin yaşı yeddi ilə on arasında olub.

"Moskvada məktəblini qətlə yetirib və bədəni doğrayıblar. Onun qalıqları gölməçəyə atılıb", -nəşr yazıb.

Chosen
27
1
publika.az

2Sources