EN

“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya Prezidenti Avropaya xəbərdarlıq etdi

 Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna müharibəsinin yaxın aylarda dayanacağına ümidlərin az olduğunu bildirib.

Musavat.com xəbər verir ki, "Associated Press"-ə müsahibəsində o qeyd edib ki, Ukraynada atəşkəs yazdan əvvəl mümkün görünmür və Avropa bütün çətinliklərə baxmayaraq dəstəyini davam etdirməlidir.

Stubb vurğulayıb ki, Kiyevdə baş verən korrupsiya qalmaqalı belə, Avropa ölkələrinin Ukraynaya yardımını zəiflətməməlidir. Onun sözlərinə görə, qitə qarşıdan gələn qışı yalnız “dözümlülük, iradə və birlik”lə keçə biləcək.

Fin lider bildirdi ki, Rusiya Avropanın bütün ərazisində hibrid hücumları və informasiya müharibəsini davam etdirir, bu səbəbdən həm siyasi, həm təhlükəsizlik baxımından gərginlik artmaqdadır.

Musavat.com

Chosen
50
3
musavat.com

4Sources