ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən, vaxtilə konsert və müxtəlif tədbirlərin keçirildiyi mədəniyyət evi hazırda baxımsız vəziyyətdədir.
Binanın divarları çatlayıb, tavanda su sızması müşahidə olunur, istilik sistemi isə fəaliyyət göstərmir.
Eyni zamanda, burada pəncərələrin şüşələri sınıb, qapılar çürüyüb, otaqlarda isə rütubət hökm sürür.
Qəsəbə sakinlərinin sözlərinə görə, 1990-cı illərə qədər mədəniyyət mərkəzində müxtəlif dərnəklər fəaliyyət göstərib.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin balansında olan bu bina uzun müddətdir ki, əsaslı təmirə ehtiyac duyur.
PhotoStock.az-ın əməkdaşları Sumqayıtın İnşaatçılar qəsəbəsindən fotoreportaj hazırlayıb.
Qalereya
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.