EN

Didye Deşamın Bakıdakı start heyəti belə olacaq! on futbolçunu dəyişdi, birini saxladı

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Didye Deşamın Ukrayna ilə oyunla müqayisədə Bakıda start heyətini tam dəyişəcəyi gözlənilir. Artıq DÇ-nin final mərhələsinə vəsiqə qazanan Fransa yığmasının baş məşqçisi dünənki mətbuat konfransında da bu niyyətini gizlətmədi, Lüka Şevalyenin karyerasında ilk dəfə yığmanın qapısını qoruyacağını təsdiqlədi. 2012-ci ildən bəri “üçrənglilər”i çalışdıran Deşam bu müddətdə ilk dəfə komandasının start heyətini tam dəyişmək niyyətindədi. O, dünən həm də Bakıya 22 sağlam oyunçu gətirdini dedi. Fransa mənbələrinin xəbərlərinə əsaslanmaqla bu ölkənin yığmasının meydana məhz bu start heyəti ilə çıxacağını iddia edə bilərik: Şevalye – Hüsto, Konate (kapitan), L.Ernandes, T.Arnandes – Akliuş, Zair-Emeri, K.Türam, Nkunku – Mateta, Ekitike.Xatırladaq ki, bu futbolçulardan yalnız Kante Ukrayna ilə oyunda da start heyətində yer almışdı.ORXAN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
1
icma.az

2Sources