EN

Ukrayna dronu Samara vilayətindəki neftayrıma zavoduna zərbə endirdi VİDEO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna dronu Rusiyanın Samara vilayətindəki neftayırma zavoduna (NEZ) zərbə endirib.Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Ukrayna Baş Qərargahı yayıb.İllik emal həcmi 8,8 milyon ton olan Novokuybışevsk NEZ-i rus ordusunu təmin edən 20-dən çox məhsul növü istehsal edir.

 

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Donetsk vilayətində yanacaq-sürtkü materiallarının nasos stansiyasını və “Rubikon” bölməsinin PUA-ların saxlanma bazasını da vurub.

Ryazan NEZ-inə endirilmiş zərbənin nəticələri də dəqiqləşdirilib: orada ELOU-AVT-4 və ELOU-AVT-6 qurğuları, neft məhsulları ilə dolu çən və boru kəməri estakadası zədələnib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
bizim.media

2Sources