EN

"Ömrüm boyu bu iki kəməri arzulamışam" - İslam Maxaçev

UFC 322 turnirinin əsas döyüşündə yarım orta çəkidə Cek Della Maddalenanı məğlub edən və çempion tituluna yiyələnən İslam Maxaçev qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, daha öncə yüngül çəkidə də titula sahib çıxan dağıstanlı belə danışıb:

"Bu, arzudur. Ömrüm boyu bu iki kəməri arzulamışam. Nəhayət ki, bacardım. Kəmərlər elə ağırdırlar ki... Amma çox xoşuma gəldilər. Təşəkkürlər, Nyu-York! 

Siz həyatımın nə dərəcədə dəyişdiyini təsəvvür belə, etmirsiniz. Daha çəki atmaq əziyyətindən azadam.

Plan? Bütün rəqiblərim nə etdiyimdən xəbərdardırlar. Amma məni heç kim saxlaya bilmir. Ağ Evi açın, biz gəlirik".

Nihat

Chosen
34
fanat.az

1Sources