Ukrayna artıq müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi saziş hazırlayıb.
Aznews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski səhər müraciətində bildirib.
"Fransa ilə tarixi saziş hazırlamışıq – bu, bizim döyüş aviasiyamızın, havadan müdafiəmizin və digər müdafiə imkanlarımızın əhəmiyyətli dərəcədə güclənməsi olacaq. Ziyarət proqramına görə bu, bazar ertəsi baş tutacaq", - o qeyd edib.
Ukrayna lideri, həmçinin çərşənbə axşamı İspaniyaya planlaşdırılan səfərini də elan edib. Səfərin məqsədi hava hücumundan müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və Rusiyanın hücumlarından sonra Ukrayna qüvvələrinin bərpasıdır.