EN

Amerikalı döyüşçüyə ömürlük qadağa qoyuldu

UFC-nin prezidenti Dana Uayt amerikalı MMA döyüşçüsü Dillon Denisin İslam Maxaçevin komandası ilə münaqişə səbəbi ilə təşkilatın turnirlərində iştirakını ömürlük qadağan edib.

 Uayt bu barədə jurnalistlərə açıqlamasında deyib.

Maxaçevin avstraliyalı Cek Della Maddalena ilə yarımorta çəki dərəcəsində UFC çempionu adı uğrunda görüşündən əvvəl Denis və Maxaçevin komandası arasında münaqişə yaranıb.

"Mən də özümü buna görə günahkar hesab edirəm, bunun qarşısını ala bilərdim. Siz Dillon Dennisi daha heç vaxt UFC turnirlərində görməyəcəksiniz", - deyə Uayt jurnalistlərə bildirib:

O, münaqişənin Dennisin öz yerində oturmaması səbəbindən baş verdiyini qeyd edib.

Qeyd edək ki, Maxaçev döyüşdə rəqibini hakimlərin yekdil qərarı ilə məğlub edib.

Chosen
23
6
news365.az

7Sources