EN

Putin Tramp görüşü OLMAYACAQ

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Vladimir Putin və Donald Tramp arasında görüş yaxın gələcəkdə baş tutmayacaq, lakin əlaqələr davam edir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

Uşakov Pavel Zarubinlə müsahibəsində deyib:

"Biz Budapeştdə görüşməyə razılaşdıq, amma sonra bir müddət təxirə saldıq. Bu məsələ ilə bağlı əlaqələr davam edir".

Yuri Uşakov qeyd edib ki, Moskva və Vaşinqton Ankoricdə əldə edilən ilkin razılaşmalara əsasən Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı fəal müzakirələr aparırlar. Prezidentin köməkçisi əlavə edib ki, bu razılaşmalar qüvvədədir və ABŞ onların artıq qüvvədə olmadığını rəsmi olaraq elan etməyib. 

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
16
cebheinfo.az

10Sources