EN

Qaşım Maqomedov yarımfinalda

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov 1/8 finalda pakistanlı idmançı Harun Xanla qarşılaşıb.

Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

İdman.Biz

Chosen
25
2
idman.biz

9Sources