EN

Finlandiya Prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz:

Finlandiya Prezidenti Aleksandr Stubb diqqət çəkən açıqlamalar verib.

 

O, "Associated Press" agentliyinə verdiyi müsahibədə deyib ki, bu il Ukraynada atəşkəs gözləməyə dəyməz.

 

"Mən atəşkəsə nail olmaq və ya sülh danışıqlarına başlamaq barədə çox nikbin deyiləm, ən azı bu il olmayacaq...", - Stubb deyib.

 

O, qeyd edib ki, yaxşı olar ki, mart ayına qədər "nəsə edilə".

 

Finlandiya Prezidenti belə hesab edir ki, Ukraynaya sülh gətirmək üçün ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri Rusiyaya və onun lideri Vladimir Putinə öz strateji düşüncəsini dəyişdirmək üçün təzyiqi artırmalıdırlar. Siyasətçi Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə və onların Ukraynaya köçürülməsinə, eləcə də Moskvaya hərbi təzyiqin artırılmasına çağırıb.

Chosen
2
2
senzor.az

3Sources