EN

Sumqayıtda avtomobil təmiri sexində yanğın olub

Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan 5 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunda təmirə dayanan “Volkswagen” markalı yük avtomobilinin mühərrik hissəsi və ön işıqları yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
55
11
apa.az

10Sources