EN

Azərbaycanlı hakim Slovakiya – İngiltərə oyununu idarə edəcək

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Chosen
35
22
ucnoqta.az

10Sources