EN

Ağcabədidə ağır qəza olub, ölən və xəsarət alan var

Ağcabədidə baş verən qəza zamanı sürücü ölüb.

"Unikal" xəbər verir ki, hadisə Ağcabədi şəhər ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub. Daha sonra "VAZ "markalı avtomobil yol kənarında dayanan "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb. "Opel" markalı avtomobilin sürücüsü isə  Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Chosen
34
8
unikal.az

7Sources