Ajans.az xəbər verir ki, Draqao stadionunda keçirilən oyunda Portuqaliya öz meydanında Ermənistanı 9:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanıb. Portuqaliyaya qələbə qazandıran qolları Kriştiano Ronaldosuz Renato Veyqa (7-ci dəqiqə), Qonsalu Ramuş (28), Joau Neveş (30,41, 81), Brunu Fernandeş (45+3 - penalti, 52, 72 - penalti) və Fransişku Konseysau (90+2) vurub. Ermənistanın yeganə təsəlli qolunu 18-ci dəqiqədə Eduard Spertsyandan vurub. Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.