EN

Lex də oynamış legioner Premyer Liqa klublarımızın maraq dairəsindədir

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Qəbələ"nin futbolçusu Adriel Ba Lua bir neçə klubun maraq dairəsindədir. 

Sportal.az saytına verilən məlumata görə, onunla Azərbaycan çempionatında yarışan bir neçə klub heyətinə qatmağı planlaşdırır.

Ba Lua "Qəbələ"dəki matçlarına fokuslandığı üçün bu məsələnin mövsümün sonuna yaxın aydınlaşacağı gözlənilir. Kot dİvuardan olan futbolçunun yeni mövsümə Premyer Liqamızda daha iddialı klubda başlayacağı, yoxsa xarici klubların birinə keçəcəyi hələ ki dəqiq deyil. 

"Qəbələ" özü də Premyer Liqada qalacağı təqdirdə, Ba Luaya daha bir illik müqavilə təklif edəcək.

Klub yayda onunla 1 illik müqavilə imzalayıb.

Hazırda “Qəbələ”nin əsas oyunçularından biri olan 28 yaşlı futbolçu “Kan”, “Lill”, “Veyle”, “Lex”, “Karvina”, “Viktoriya”(Plzen) klublarında çıxış edib.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
135
2
sportal.az

3Sources