FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə oyunun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun qarşılaşmasına Bakı vaxtı ilə saat 21.00-da start veriləcək.