EN

Zinəddin Zidan Fransa yığmasının yeni baş məşqçisi olacaq

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Fransa yığmasında gələcək planlar artıq aydınlaşmağa başlayıb. Məlumata görə, dünya çempionatından sonra baş məşqçi Didye Deşam komandadan ayrılacaq və onun yerinə yerli futbolun əfsanəsi Zinəddin Zidan gətiriləcək.

İdman.Biz xəbər verir ki, “Diario AS” nəşri bu qərarın federasiya daxilində razılaşdırıldığını və Zidanın uzun müddətdir gözlədiyi milli komanda layihəsinə nəhayət start verəcəyini yazıb.

Zidan daha əvvəl “Real Madrid”lə qazandığı uğurlarla məşqçilik karyerasında yüksək nüfuz qazanıb və onun Fransa yığmasına gətirəcəyi yeni sistem ölkə futbolunda yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Məlumata görə, Deşam mundialdan sonra vəzifəsini təhvil verəcək, Zidan isə AVRO-2028 və daha sonrakı layihələr üçün komandanın sükanı arxasında olacaq

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
12
icma.az

10Sources