EN

Şahruddin: “Əsas heyətin 3-4 üzvü öz komandasında daimi oynayır”

“Çətin oyun oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni etdiyimizi düşünürəm”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

O, azarkeşlərin dəstəyinə toxunub:

“Hər oyunda azarkeşlərimiz stadionu doldurur. Onları sevindirmək istəyirik. Özünüz də görürsünüz ki, ilk “11-lik”də cəmi 3-4 oyunçu öz komandalarının əsas heyətində çıxış edir. Fransa millisinə qarşı bu cür oynamaq çox çətindir”.

Qapıçı həmçinin zədəsinin xroniki xarakter aldığını söyləyib:

“Zədəm artıq xronik hala gəlib. Zədəli olsam da, oynamağa çalışıram. Bu gün iynə vasitəsilə, demək olar ki, bir ayaqla matçda iştirak etməyə çalışdım. Ağrı olsa belə, oynayıram. Amma artıq ikinci hissədə taqətim qalmamışdı”.

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

UEFA-dan Kamal Umudluya növbəti təyinat

II Liqa: 4 turun oyun cədvəli bəlli olub

Ayxan Abbasov: “Qurbanovun öz işi, mənim öz işim var”

Elvin Bədəlov: “Mbappeni yox, Fransanı fikirləşirik”

Chosen
51
4
apasport.az

5Sources