EN

Ayxan Abbasov: “Bu oyunla futbolçularımıza inam verdilər” mətbuat konfransından xəbər verir

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransı keçirib. O, Fransa ilə keçirilən qarşılaşmada komandanın ortaya qoyduğu mübarizəni yüksək qiymətləndirib.

İdman.Biz-in əməkdaşı mətbuat konfransından xəbər verir ki, baş məşqçi qrupun çətinliyini əvvəlcədən bildiklərini deyərək, futbolçuların bu oyundakı çıxışının inam yaratdığını vurğulayıb.

Mütəxəssis bildirib ki, Fransa kimi güclü rəqibin qrupda olması cəmiyyətdə böyük rezonans doğurmuşdu:

“Püşkatmadan sonra Fransanın bizim qrupda olması tez-tez “faciə” kimi adlandırılırdı. Hətta, “oyuna getməsək yaxşıdır”, - deyənlər də vardı. İnamsızlıq hiss olunurdu”.

Abbasov komandanın bu matçla vacib mesaj verdiyini qeyd edib:

“Bu oyunla bizim futbolçulara inam verdilər. Gələcək üçün ilham verdilər ki, hər kəslə mübarizə aparmaq olar”.

Baş məşqçi həmçinin futbolun hazırda çox sürətlə inkişaf etdiyini xatırladıb:

“Görürsünüz ki, artıq böyük hesablar olur. Meydanda mübarizə aparmasan, istəkli olmasan, taktiki düzgün oynamasan, bunların hamısı nəticəyə təsir edir”.

Abbasov gələcək matçlarda daha inamlı və istəkli çıxışlar gözlədiyini də diqqətə çatdırıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
2
icma.az

3Sources