Musavat.com xəbər verir ki, açıq mənbələrdə indiyə qədər dərc olunan ən yüksək keyfiyyətli Ay fotosu – 1,3 gigapiksel çözünürlüklə yayımlanıb.
“Gigaluna” adlanan bu görüntü astrofotoqraf Endryu MakKarti tərəfindən 5 il ərzində çəkilmiş 280 mindən çox fotonun birləşdirilməsi nəticəsində əldə olunub.
Mütəxəssislərin sözlərinə görə, təsvirin detallığı o qədər yüksəkdir ki, Ayın səthində hətta “Apollo” missiyalarının eniş yerlərini belə seçmək mümkündür.
Bu foto hazırda Ayın ən detallı və ən genişhəcmli açıq görüntüsü hesab olunur.
Musavat.com