DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələdə növbəti oyunlar baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, dörd qrupda səkkiz qarşılaşma keçirilib.
D qrupu matçlarında Azərbaycan millisi Fransa ilə görüşdə 1:3 hesabı ilə məğlub olub, Ukrayna isə İslandiyanı 2:0 hesabı ilə üstələyib.
F qrupunda Macarıstan İrlandiyaya 2:3 hesabı ilə uduzub, Portuqaliya Ermənistan üzərində 9:1 hesabı ilə böyük qələbə qazanıb.
I qrupunda İtaliya Norveçə 1:4 hesabı ilə uduzub, İsrail isə Moldovanı 4:1 hesabı ilə məğlub edib.
K qrupunda Albaniya İngiltərəyə 0:2 hesabı ilə uduzub, Serbiya isə Latviya üzərində 2:1 hesabı ilə qalib gəlib.
16 noyabr
D qrupu
Azərbaycan - Fransa - 1:3
Ukrayna - İslandiya - 2:0
F qrupu
Macarıstan - İrlandiya - 2:3
Portuqaliya - Ermənistan - 9:1
I qrupu
İtaliya - Norveç - 1:4
İsrail - Moldova - 4:1
K qrupu
Albaniya - İngiltərə - 0:2
Serbiya - Latviya - 2:1