EN

Erlinq Holand möhtəşəm göstəricilərlə DÇ 2026 ya gedir

ain.az bildirir, Idman.biz portalına istinadən.

Norveç yığmasının hücumçusu Erlinq Holand bu mövsüm seriyasını tarixi göstəricilərlə davam etdirir.

İdman.Biz xəbər verir ki, forvard həm ölkəsinin Dünya Çempionatına yüksəlişində əsas pay sahibi olub, həm də şəxsi rekordlarını yeniləyib.

Norveç millisinin lideri bu seçmə mərhələdə 16 qol vurub və komandasını 1998-dən sonra ilk dəfə mundiala daşıyıb. Ümumilikdə Holand bu mövsüm klub və milli birlikdə 32 qola imza atıb.

Millidəki performansı da heyrətamizdir: 24 yaşlı hücumçu Norveç yığmasının heyətində indiyədək 48 oyunda 55 qol vurub və ölkə tarixinin ən məhsuldar futbolçularından birinə çevrilib.

Ulduz hücumçunun həm klub səviyyəsində, həm də yığmada ardıcıl qolları ona DÇ-2026 öncəsi dünyanın "ən təhlükəli forvardları" sırasında yer qazandırıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
icma.az

2Sources