EN

İsveçrə ABŞ-ın tətbiq etdiyi rüsumların aşağı salınmasını təmin edib

İsveçrə hakimiyyəti ABŞ prezidenti Donald Trampa hədiyyələr təqdim etməklə ABŞ-ı ticarət tariflərini endirməyə razı salıb.

APA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

İsveçrənin ABŞ-a sənayeçilərdən ibarət nümayəndə heyəti göndərdiyi bildirilir ki, onlar “Rolex” masaüstü saat və təxminən 130.000 dollar dəyərində bir kiloqram qızıl külçə hədiyyə gətiriblər.

Ağ Evdəki “Axios” mənbələrinə görə, Tramp bu hədiyyələri prezident kitabxanası adından qəbul edib ki, bu da onları qanuni ianəyə çevirib.

Chosen
39
1
apa.az

2Sources