EN

İzmir sahillərində 34 qeyri-qanuni miqrant xilas edilib

BAKI, 17 noyabr. TELEQRAF

Türkiyənin Sahil Mühafizə Xidməti İzmirin Səfərihisar rayonu sahillərində 34 qeyri-qanuni miqrantı xilas edib.

Teleqraf xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Rəsmi məlumata görə, mühərrikində yaranmış nasazlıq səbəbindən miqrantların olduğu rezin qayıq açıq dənizə doğru sürüklənib. Gələn təcili yardım siqnalından sonra əraziyə xilasetmə kateri göndərilib və miqrantlar sahilə çıxarılıb. Xilas edilənlər arasında 14 uşaq var.

Bundan əlavə Menderes rayonunda sahil mühafizə əməkdaşları daha yeddi qeyri-qanuni miqrantı, o cümlədən bir neçə azyaşlını saxlayıb.

Zəruri prosedurlar başa çatdıqdan sonra bütün miqrantlar növbəti tədbirlər üçün Regional Miqrasiya İdarəsinə təhvil verilib.

Chosen
30
teleqraf.com

1Sources