EN

Tramp Epşteynlə bağlı suala görə jurnalisti təhqir etdi: “Siz iyrənc reportyorsunuz”

BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp skandal maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələrinə dair sual verən jurnalistə kobud cavab verib.

Teleqraf xəbər verir ki, hadisə Trampın Respublikaçı konqresmen Tomas Massinin açıqlaması barədə fikirlərini soruşan reportyorla dialoqu zamanı yaşanıb.

Məlumata görə, jurnalist Massinin iddiasını xatırladıb. Beləki konqresmen Trampın Epşteynin, o cümlədən sabiq prezident Bill Klintonla əlaqələrinin araşdırılmasına çağırışını “diqqəti yayındırmaq üçün yaradılan duman pərdəsi” adlandırmışdı.

Tramp bu suala sərt reaksiya verib.

“Bu barədə danışmaq istəmirəm, çünki sizin kimi yalan xəbərlər yayanlar, siz iyrənc reportyorsunuz, bunu daim gündəmə gətirərək Tramp administrasiyasının inanılmaz uğurlarından diqqəti yayındırmağa çalışırsınız”, - o bildirib.

ABŞ lideri həmçinin konqresmen Massinin ölkədə dəstəyinin “çox aşağı” olduğunu da vurğulayıb.

Chosen
22
teleqraf.com

1Sources