EN

Türkiyə Sahil Mühafizəsi İzmir sahillərində 34 miqrantı xilas edib

Bakı. Trend:

Türkiyə Sahil Mühafizəsi İzmir əyalətinin Seferihisar rayonusahillərində mühərriki sıradan çıxan şişmə qayıqdan 34 qanunsuzmiqrantı xilas edib.

Trend xəbər verirki, təhlükə siqnalından sonra əraziyə xilasetmə qayığı göndərilibvə onların arasında 14 uşaq da olmaqla bütün şəxslər sahiləçıxarılıb.

Bundan başqa, Menderes bölgəsində sahil mühafizəsi əməkdaşlarıyetkinlik yaşına çatmayanlar da daxil olmaqla daha yeddi qanunsuzmiqrantı saxlayıblar.

Zəruri prosedurlar tamamlandıqdan sonra bütün miqrantlar dahasonrakı tədbirlərin görülməsi üçün regional miqrasiya xidmətiidarəsinə təhvil verilib.

Chosen
103
az.trend.az

1Sources