EN

Azərbaycan-Ermənistan sərhədində baş verən yanğın söndürüldü

Azərbaycan-Ermənistan sərhədində, Gədəbəy rayonunun İsalı, Dördlər, Novoivanovka, Mormor və Göyəmli kəndlərinə yaxın neytral ərazidə bir neçə gündür davam edən yanğın söndürülüb.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları yanğının baş verdiyi əraziyə cəlb etmək mümkün olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən söndürülüb.

Chosen
28
10
avtosfer.az

10Sources