EN

Paytaxt rayonlarında müşavirələr keçirilir

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraqpaytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərinrayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə vətəşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorunnümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa,xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması,bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

İlk müşavirələr paytaxtın Sabunçu, Xətai və Nizami rayonlarındakeçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbəmüdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri dəiştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətitərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxsləryerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qışmövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icravəziyyətini yoxlayıblar.

Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraitiilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlıyaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri vəaidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşənvəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar.Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət,inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatıyaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması iləbağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardantəmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərəkommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyəvə özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qəraraalınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar,bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə,ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində dəqəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərintəmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.

Chosen
55
4
az.trend.az

10Sources