EN

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın oldu

BAKI, 17 noyabr. TELEQRAF

Bakının Nizami rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 6 paq.m elektrik kabeli yanıb.

Mənzillər yağından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
39
1
teleqraf.com

2Sources