Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 32-yə çatıb.
Fanat.Az xəbər verir ki, Ermənistanı evdə darmadağı edən (9:1) Portuqaliya ilə İtaliyaya səfərdə böyük hesabla qalib gələn (4:1) Norveç DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsini qrup lideri kimi başa vuraraq əsas mərhələyə vəsiqəni təmin ediblər.
Beləliklə, üç meydan sahibi ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya seçmələri mundialda iştirakını rəsmiləşdiriblər.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.